ABŞ dövlət katibi Entoni Blinkenin gürcü siyasətçilərinə, o cümlədən xarici agentlər haqqında qanunu qəbul etmiş deputatlara qarşı sanksiyalarla bağlı bəyanatı komik görünür.
Ucnoqta.az xəbər verir ki, bunu hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının icraçı katibi, parlament çoxluğunun lideri Mamuka Mdinaradze deyib.
“Siz xalq tərəfindən seçilmiş deputata onun fikirlərinə uyğun olaraq qəbul edilmiş qanuna görə ona qarşı sanksiyalar tətbiq edəndə bu, görünməmiş və eyni zamanda komikdir” - Mdinaradze Facebook səhifəsində yazıb.