Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Ucnoqta.az xəbər verir ki, iclasda Msli Premyer Liqasının 35-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib:
“Kəpəz” – “Zirə” oyununda “Kəpəz” klubunun azarkeşləri tərəfindən hakimlərin və rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə Gəncə təmsilçisi 1000 manat cərimə edilib.
“Qarabağ” – “Turan Tovuz” oyunundan sonra akkreditasiyası olmayan şəxslər “Zona 1”ə daxil olduğuna görə Ağdam klubu 500 manat cərimə edilib.
“Qəbələ” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan”ın 5 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimələnib.