Stefano Pioli "Milan"ın baş məşqçi postunu tərk edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə İtaliya klubunun saytı məlumat yayıb.
Piolinin 58 yaşı var və 2019-cu ildən komandaya rəhbərlik edir.
2021/22 mövsümündə Pioli "Milan"ı İtaliya çempionatında qələbəyə aparıb və A Seriyasında mövsümün ən yaxşı məşqçisi seçilib.
Bu mövsüm “Milan” “İnter”ə uduzaraq ölkə çempionatında ikinci yeri tutub.