İyunun 2-də OPEC+ sazişində iştirak edən ölkələrin nazirlərinin görüşü videokonfrans formatında keçiriləcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə OPEC məlumat verib.
Məlumata görə, iyunun 2-də də nazirlərin monitorinq komitəsinin iclası keçiriləcək. OPEC ölkələrinin hər altı aydan bir keçirilən konfransının da həmin gün keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, hər iki görüş əvvəlcə iyunun 1-nə təyin edilmişdi.