Ötən gün motosiklet sürərkən xəsarət alan Çexiya prezidenti Petr Pavel bir neçə gün Praqadakı hərbi xəstəxanada qalacaq.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, onun vəziyyəti narahatçılığa əsas vermir və hadisənin onun iş qrafikinə minimal təsir göstərməsi ehtimalı var. “Blesk” qəzeti yazır ki, prezidentin qabırğası sınıb.
62 yaşlı Pavel motor idmanının həvəskarıdır. Boş vaxtlarında motosiklet sürməyi xoşlayır. O, qapalı ticarət idman meydançalarından birində xəsarət alıb.