Çinin mərkəzi Hubey əyalətində bıçaqlı şəxsin hücumu nəticəsində 8 nəfər ölüb, daha biri yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə Syaoqan şəhərinə aid olan kiçik Syaovu kəndində baş verib. Hücum edən 53 yaşlı şəxsin psixi pozğunluqlardan əziyyət çəkdiyi ehtimal olunur.
Polis şübhəli şəxsi saxlayıb. Faktla bağlı araşdırma aparılır.///tass