Papua Yeni Qvineyada torpaq sürüşməsi nəticəsində 100-dən çox adam ölüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABC yayım korporasiyası məlumat yayıb.
Məlumata görə, yerli vaxtla saat 03:00 radələrində ölkənin mərkəzi hissəsində yerləşən Kaokalam kəndində torpaq sürüşməsi baş verib.
Hökumət tərəfindən hələlik təsdiqlənməmiş ilkin hesablamalara görə, 100-dən çox adam həlak olub.