Yaponiya hərbçiləri ilk dəfə olaraq Sakit okeanda iki ildən bir mütəmadi olaraq keçirilən genişmiqyaslı Amerika “Valiant Shield” manevrlərində iştirak edəcək.
Ucnoqta.az xəbər verir ki, Tokioda ölkənin Özünümüdafiə Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri tərəfindən verilən məlumata görə, təlimlər iyunun 7-dən 18-dək keçiriləcək.
Təlimlərdə 9 prefekturadan Yaponiya Ordusu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin bölmələri olmaqla ümumilikdə 4 minə yaxın insan iştirak edəcək. ABŞ-ın döyüş təyyarələri müvəqqəti olaraq Honsyu adasının şimal-şərqindəki Yaponiya hava bazalarına, eləcə də Sakit okeanın mərkəzində yerləşən uzaq Oqasavara adalarına yerləşdiriləcək. Orada iki ölkə arasında hərbi hava təlimlərinin keçiriləcəyi gözlənilir.///tass