Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Lui Bono ilə görüşüb.
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesində baş verən son hadisələrə, o cümlədən sülh müqaviləsi layihəsinin əsas məsələlərinə yanaşmalara toxunulub.
Mirzoyan Alma-Ata Bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması, bəyannamə əsasında demarkasiya prosesi və onun sülh sazişində təsbit edilməsi ilə bağlı öhdəliklərə əməl olunması üçün ən yüksək səviyyədə iki ölkə tərəfindən ifadə olunmuş razılaşmanın vacibliyini vurğulayıb.