Meksikada Vətəndaş Hərəkatı partiyasından San Pedro şəhərinin Nuevo-Leon ştatının merliyinə namizəd Loreniya Kannavatinin seçki mitinqində çıxışı zamanı səhnə uçub
Ucnoqta.az xəbər verir ki, Meksika prezidenti Andres Manuel Lopez Obrador 4 nəfərin öldüyünü və 15 nəfərin yaralandığını bildirib.
Hadisə Kannavatinin seçki kampaniyasını yekunlaşdıran mitinq zamanı baş verib. Səhnədə onunla birlikdə Vətəndaş Hərəkatından Meksika prezidentliyinə namizəd Xorxe Alvares Maines də çıxış edirdi.
Dekorasiyalar yıxılanda namizədlər qaça biliblər.