Çinin Sahil Mühafizə İdarəsi (CGA) cümə axşamı Tayvan boğazında kompleks təlimlər keçirmək üçün gəmilər yerləşdirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə idarənin rəsmi nümayəndəsi Qan Yu məlumat verib.
Onunt sosial şəbəkədəki səhifəsində bildirilir ki, təlimlər Vuqyu və Dongyin adaları yaxınlığında keçiriləcək.
Onların vəzifəsi patrul üsullarını tətbiq etmək, fövqəladə vəziyyətlərə operativ reaksiya vermək və nəticələrini operativ şəkildə aradan qaldırmaqdır.