Azərbaycanda işsizlərin rəsmi sayı AÇIQLANDI

18:17 - 22 May 2024 - ÖLKƏ İÇİ

2024-cü il aprel ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin ümumi sayı açıqlanıb.

Ucnoqta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü il aprel ayının 1-nə Azərbaycan Respublikasında 209 783 işsiz şəxs rəsmi qeydiyyata alınıb.

Onlardan işsizlikdən sığorta ödənişi alanların sayı 3 046 nəfər təşkil edib.

Rəsmi məlumatda Bakı şəhərində qeydiyyata alınmış işsiz şəxslərin sayının 39 289 nəfər olduğu göstərilib.

Naxçıvan Muxtar Respublikasında bu rəqəm 5 087 nəfərdir.

Xəbər xətti