Estoniya hakimiyyəti Rusiya ilə sərhəd hissəsinin ətrafında hasar və dolama yol çəkməyi qərara alıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Estoniyanın ERR dövlət televiziya və radio portalı məlumat yayıb.
Məlumata görə, Tallin şərq sərhədinin inkişafı üzrə işləri Saatse Boot adlanan əraziyə genişləndirmək, onun ətrafında hasar və dolama yol çəkmək qərarına gəlib. Əvvəllər bu ərazinin Rusiya ilə sərhəd müqaviləsi ratifikasiya olunduğu halda həmin ərazinin sərhəd torpaqlarına dəyişdirilməsi nəzərdə tutulurdu.
“Biz hamımız başa düşdük ki, biz Rusiya ilə heç bir torpaq mübadiləsi aparmayacağıq, bu hasarın tikintisinə ehtiyac var. Söhbət təxminən 4 milyon avrodan gedir milyon yollara gedəcək. Nəqliyyat Departamenti onların tikintisinə başlamalıdır”, – Estoniyanın daxili işlər naziri Lauri Läänemets bildirib.