Meksikada istilər səbəbindən yüzdən çox meymun ölüb

13:57 - 22 May 2024 - DÜNYA

Meksikada yüksək temperatur 140-a yaxın ulayan meymunun ölümünə səbəb olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.

Məlumata görə, mayın 16-dan bəri Körfəz sahillərində ən azı 138 meymun ölü tapılıb. Bioloq Gilberto Pozonun AP-yə izah etdiyi kimi, heyvanların ölümü bir neçə amilin, o cümlədən yüksək temperatur, meşə yanğınları və primatları sudan, kölgədən və meyvədən məhrum edən meşələrin qırılmasının nəticəsi olub.

Meksikada rekord istilər səbəbindən bir həftə ərzində ən azı 27 nəfər ölüb.

Xəbər xətti