Meksikada yüksək temperatur 140-a yaxın ulayan meymunun ölümünə səbəb olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.
Məlumata görə, mayın 16-dan bəri Körfəz sahillərində ən azı 138 meymun ölü tapılıb. Bioloq Gilberto Pozonun AP-yə izah etdiyi kimi, heyvanların ölümü bir neçə amilin, o cümlədən yüksək temperatur, meşə yanğınları və primatları sudan, kölgədən və meyvədən məhrum edən meşələrin qırılmasının nəticəsi olub.
Meksikada rekord istilər səbəbindən bir həftə ərzində ən azı 27 nəfər ölüb.