Mayın 23-də Putin Moskvada Bəhreyn kralı Həməd bin İsa Əl Xəlifəni ilə danışıqlar aparacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə Kremldən bildirilib. Məlumata görə, Putinlə Bəhreyn kralı arasında aparılan danışıqlardan sonra birgə sənədlərin imzalanması planlaşdırılır.
Putin və Bəhreyn kralı Bəhreynin Ərəb Liqasına sədrliyini nəzərə alaraq Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər.