Tayvanın şərq sahillərində 5,2 bal gücündə yeraltı təkanlar qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə adanın Mərkəzi Meteorologiya İdarəsi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların ocağı 5,3 km dərinlikdə dənizdə yerləşib.
Dağıntılar, tələfat və sunami təhlükəsi barədə məlumat verilməyib.