"Həmas" hərəkatı Fələstinin İrlandiya, İspaniya və Norveç tərəfindən müstəqil dövlət kimi tanınmasını alqışlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə hərəkatın Telegram kanalında dərc olunmuş xüsusi bəyanatda deyilir.
“Biz Norveç, İrlandiya və İspaniyanın Fələstin dövlətini tanımaq barədə bəyanatlarını alqışlayırıq və bunu Fələstin xalqının öz müstəqil dövlətini yaratmaq hüququnun müdafiəsi istiqamətində mühüm addım hesab edirik”, - bəyanatda deyilir.