Pakistanın baş naziri İrana səfər edəcək

08:37 - 22 May 2024 - DÜNYA

Pakistanın baş naziri Şahbaz Şərif ölkə başsağlığı vermək və helikopter qəzasında həlak olan prezident İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahyan və digər İran rəsmiləri ilə rəsmi vida mərasimində iştirak etmək üçün İrana səfər edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin press-relizində bildirilir. Məlumata görə, Şərif mayın 22-də İrana gedəcək. O, həmçinin İranın ruhani lideri Ayətullah Əli Xamenei və prezident səlahiyyətlərini icra edən Məhəmməd Moxberlə görüşlər keçirəcək.

Xəbər xətti