Amerikalı sahibkar və iş adamı İlon Mask ABŞ-ın keçmiş prezidenti Donald Tramp və hazırkı dövlət başçısı Co Bayden arasında Amerika prezidenti vəzifəsinə müstəqil namizəd kiçik Robert Kennedinin iştirakı ilə debat keçirməyə hazır olduğunu bildirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsindəki səhifəsində Kennedinin paylaşımına şərhində yazıb.
"Əlbəttə," Mask Kennedinin adı çəkilən üç siyasətçi arasında debata ev sahibliyi etməyə hazır olub-olmayacağı ilə bağlı sualına cavab olaraq yazıb.