ABŞ prezidenti Co Baydenin amerikalılar arasında populyarlığı 36%-ə düşüb ki, bu da demək olar ki, son iki ilin ən aşağı göstəricisidir.
Ucnoqta.az xəbər verir ki, bunu “Reuters” və “İpsos”un mayın 17-20-də birgə keçirdiyi sorğunun nəticələri sübut edir.
Təqdim olunan məlumatlara görə, Amerika liderinin reytinqi sonuncu dəfə 2022-ci ilin iyulunda belə aşağı səviyyədə olub. Bu ilin aprelində respondentlərin 38%-i Baydenin işini müsbət qiymətləndirib.
Sorğu iştirakçılarının 23%-i ABŞ-da iqtisadiyyatın vəziyyətini ən ciddi problem hesab etdiklərini qeyd edib. 21% əsasən siyasi ekstremizm problemindən, 13% ABŞ-a qanunsuz miqrasiyadan narahatdır.