İspaniya Argentinadakı səfirini geri çağırıb

16:37 - 21 May 2024 - DÜNYA

İspaniya Argentinadakı səfirini geri çağırıb və bununla da diplomatik missiyasını müvəqqəti işlər vəkili kimi aşağı salıb.

Ucnoqta.az RİA Novosti-yə istinadən xəbər verir ki, buna səbəb Argentina prezidenti Xavyer Milinin İspaniyanın baş naziri Pedro Sançes və həyat yoldaşı ilə bağlı açıqlamaları olub.

Miley daha əvvəl Madriddə ifrat sağçıların təşkil etdiyi çıxışda baş nazirin həyat yoldaşına qarşı irəli sürülən korrupsiya ittihamlarından bəhs etmiş və sosializmin yoxsulluğa səbəb olduğunu söyləmişdi.

Xəbər xətti