Rusiyada general həbs edilib

16:29 - 21 May 2024 - DÜNYA

Rusiya Silahlı Qüvvələrinin 58-ci Ordusunun keçmiş komandiri, general-mayor İvan Popov xüsusilə irimiqyaslı dələduzluq maddəsi ilə açılmış cinayət işi çərçivəsində həbs edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib.

Məlumata görə, istintaqın həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətinə 235-ci Qarnizon Hərbi Məhkəməsində baxılıb. Hüquq-mühafizə orqanları başqa təfərrüat verməyib.

Xəbər xətti