Rusiyada qadınlara niqab qadağası təklif olunur

08:15 - 21 May 2024 - DÜNYA

Prezident yanında İnsan Hüquqları Şurasının (İHŞ) rəhbəri Valeri Fadeyev Rusiyaya gözlərdən başqa bütün üzü örtən ənənəvi qadın baş geyimi olan niqab taxmağın qadağan edilməsini təklif edib.

Ucnoqta.az xəbər verir ki, İHŞ rəhbəri bu barədə “Parlament” qəzetinə müsahibəsində bildirilib.

O, ekstremizm risklərini artıran amilləri müzakirə edib. İHŞ rəhbəri məsələni ənənəvi İslam nümayəndələri və qubernatorlarla müzakirə etməyi planlaşdırır.

Xəbər xətti