Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və Gallantın həbsinə order verib

16:03 - 20 May 2024 - DÜNYA

Beynəlxalq Cinayət Məhkəməsi (BCM) İsrailin baş naziri və müdafiə naziri Binyamin Netanyahu və Yoav Gallantın Qəzzada hərbi cinayətlərlə bağlı həbsinə order verib.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, BCM həmçinin Həmas lideri Yəhya Sinvarın da həbsinə order verib.
İsrail Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin baş naziri Binyamin Netanyahu və Yəhudi dövlətinin müdafiə naziri Yoav Qalant haqqında həbs qərarı verməsini biabırçı və ikiüzlü addım kimi qiymətləndirir.

Bu barədə İsrail televiziyasının 13-cü kanalı Netanyahuya yaxın diplomatik mənbəyə istinadən məlumat yayıb.

Xəbər xətti