Xaricdən gətirilən ət bahalaşıb - QİYMƏTLƏR

12:54 - 20 May 2024 - ÖLKƏ İÇİ

2024-cü ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrdən 36 milyon 698 503 min dollar dəyərində 16 min 739 ton buğda idxal olunub. 

FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Ət idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 11 milyon 567 min dollar və ya 46,4% , miqdar ifadəsilə 2 min 477 ton və ya 17,4% artıb.

2023-cü ilin ilk 4 ayında isə Azərbaycana xaricdən 24 milyon 936 min dollar dəyərində 14 min  261 ton ət idxal olunmuşdu.

1 kq ətin orta idxal qiyməti 2024-cü ilin dörd ayında 3,70 manata başa gəlib ki, bu da illik müqayisədə 0,73 manat (26%) bahalaşma deməkdir.

Ötən ilin eyni dövründə ətin orta idxal qiyməti  2,97 manata başa gəlib. 

Xəbər xətti