İranda növbədənkənar prezident seçkiləri keçiriləcək - Vaxt açıqlandı

11:09 - 20 May 2024 - DÜNYA

İranda növbəti 50 gün ərzində növbədənkənar prezident seçkiləri keçirilməlidir.

Ucnoqta.az xəbər verir ki, bunu İran parlamentinin daxili işlər komitəsinin sədri Məhəmməd Saleh Cokar deyib.

"Qanuna görə, 14-cü prezident seçkiləri yaxın 50 gün ərzində keçirilməlidir. Yeni prezident seçildikdən sonra Nazirlər Kabinetini təsdiq üçün parlamentə təqdim edəcək".

Xəbər xətti