İranda növbəti 50 gün ərzində növbədənkənar prezident seçkiləri keçirilməlidir.
Ucnoqta.az xəbər verir ki, bunu İran parlamentinin daxili işlər komitəsinin sədri Məhəmməd Saleh Cokar deyib.
"Qanuna görə, 14-cü prezident seçkiləri yaxın 50 gün ərzində keçirilməlidir. Yeni prezident seçildikdən sonra Nazirlər Kabinetini təsdiq üçün parlamentə təqdim edəcək".