İranın vitse-prezidenti prezident Rəisinin ölümü ilə bağlı xəbərləri təsdiqləyib
Ucnoqta.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. İranın vitse-prezidenti Möhsün Mənsuri prezident İbrahim Rəisi və nümayəndə heyətinin helikopter qəzasında həlak olması xəbərini təsdiqləyib.
Helikopterdə xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan vilayətinin qubernatoru Mələk Rəhməti və Təbriz şəhərinin cümə imamı Məhəmməd Əli əl-Haşim də olub.