Makron Yeni Kaledoniya ilə bağlı müdafiə şurasının yeni iclasını keçirəcək

00:30 - 20 May 2024 - DÜNYA

Fransa prezidenti Emmanuel Makron Yeni Kaledoniyada  iğtişaşlarla əlaqədar Fransa Müdafiə Şurasının yeni iclasını keçirəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə AFP Yelisey sarayına istinadən məlumat yayıb.

Fransa liderinin administrasiyasının dəqiqləşdirdiyi kimi, iclas yerli vaxtla saat 18:30-a təyin edilib.

Şuranın əvvəlki iclası mayın 15-də keçirilib.

Xəbər xətti