Fransa prezidenti Emmanuel Makron Yeni Kaledoniyada iğtişaşlarla əlaqədar Fransa Müdafiə Şurasının yeni iclasını keçirəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə AFP Yelisey sarayına istinadən məlumat yayıb.
Fransa liderinin administrasiyasının dəqiqləşdirdiyi kimi, iclas yerli vaxtla saat 18:30-a təyin edilib.
Şuranın əvvəlki iclası mayın 15-də keçirilib.