İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) komandanı, general-leytenant Hüseyn Səlami İslam Respublikası prezidenti İbrahim Rəisinin helikopterinin sərt eniş etdiyi əraziyə yollanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.
Məlumata görə, Səlamidən başqa, SEPAH-ın bir neçə yüksək rütbəli zabiti də qəza yerinə gedib. Axtarış prosesini sürətləndirmək üçün yerindəcə əmr verəcəkləri qeyd edilir.