Lerikdə dağ uçub, qaya parçaları yolu bağlayıb

17:49 - 17 May 2024 - ÖLKƏ İÇİ

Lerikdə dağda baş verən uçqun nəticəsində qaya parçaları yolu bağlayıb.

“Report”un Cənub bürosunun məlumatına görə, hadisə Lerik rayonunun Çayrud kəndində olub.

Belə ki, dağdan qopan qaya parçaları rayon mərkəzindən 18 kilometr məsafədə yerləşən kəndin yolunu bağlayıb.

Lerik Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun bildirdiyinə görə, hazırda əraziyə ağır texnikalar cəlb olunub, yolun açılması istiqamətində işlər görülür.

Günün sonuna kimi yolun açılması nəzərdə tutulub.

Xəbər xətti