Nikol Paşinyan Baş nazir vəzifəsindən istefa vermək niyyətində deyil
Ucnoqta.az xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvü, parlamentin xarici əlaqələr komissiyasının rəhbəri Sarqis Xandanyan brifinqdə deyib.
Ermənistanın hakim partiyası müxalifətin aksiyaları fonunda bildirib ki, Ermənistan Baş naziri Paşinyan heç bir halda istefaya getməyəcək.
“Partiyamız dediyiniz gündəmə uyğun gələ bilmir. 2021-ci il parlament seçkilərində Ermənistan Respublikasının vətəndaşları parlament formalaşdırıb, parlament hökuməti formalaşdırıb və onun sədri var. Ermənistanda hökumət 2026-cı ildə keçiriləcək növbəti parlament seçkiləri zamanı müstəsna olaraq qanuni vasitələrlə dəyişdirilə bilər. Ermənistanın baş naziri Nikol Paşinyandır, biz bu məsələni heç kimlə və heç bir şərtlə müzakirə etmək fikrində deyilik”.