Berlinə çağırılan Almaniya səfiri Moskvaya qayıtdı

10:45 - 17 May 2024 - DÜNYA

Mayın əvvəlində Berlində məsləhətləşmələr aparmaq üçün müvəqqəti olaraq geri çağırılan Almaniyanın Rusiya Federasiyasındakı səfiri Aleksandr Lambsdorf Moskvaya qayıdıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-ın müxbirinə Almaniya Xarici İşlər Nazirliyindəki mənbə bildirib.

"Səfir Lambsdorf Berlindəki məsləhətləşmələrdən sonra Moskvaya qayıdıb", - departament digər təfərrüatları açıqlamayıb.

Mayın 6-da Almaniyanın xarici işlər naziri Annalena Bärbok Rusiyaya qarşı ölkənin Sosial Demokrat Partiyasının resurslarına kiberhücum etməkdə ittiham olunması ilə əlaqədar Aleksandr Lambsdorffu məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlmişdi.

Xəbər xətti