Hindistanda 12 nəfəri ildırım vurub öldürdü

08:05 - 17 May 2024 - DÜNYA

Hindistanın şərqindəki Qərbi Benqal ştatında ildırım çaxması nəticəsində azı 12 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə sakinlər tarlalarda işləyərkən qeydə alınıb.

Qeyd edək ki, Hindistanda ildırım vurması nəticəsində ölənlərin sayı ildə təxminən 1 min nəfərdir

Xəbər xətti