Venesuela ABŞ-ın Nikaraquaya qarşı yeni sanksiyalarının tətbiqini pisləyir və beynəlxalq ictimaiyyəti xalqların azad iqtisadi fəaliyyət hüququnu pozmağa yönəlmiş hərəkətlərə qarşı çıxmağa çağırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Venesuela Xarici İşlər Nazirliyinin departament rəhbəri İvan Gil Pintonun X səhifəsində dərc olunmuş bəyanatında deyilir.
Venesuela hökuməti, həmçinin xalqın sabitlik və dinclik hüququnu müdafiə edən Nikaraqua hökumətinin vətənpərvər, anti-imperialist iradəsini hər vasitə ilə qırmağa çalışan ABŞ və onun Qərb müttəfiqlərinin hərəkətlərini pisləyib.
Venesuela Xarici İşlər Nazirliyi həmçinin beynəlxalq ictimaiyyəti xalqların azad iqtisadi fəaliyyət və öz müqəddəratını təyin etmək üçün ayrılmaz və müqəddəs hüququnu pozmağa yönəlmiş müdaxilə hərəkətlərini pisləməyə çağırıb.