Fransanın baş naziri Qabriel Attal iğtişaşları yatırmaq üçün Yeni Kaledoniyaya əlavə min jandarm göndərmək qərarını açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, o, bu barədə Respublika Müdafiə Şurasının iclasından sonra bildirib.
Yeni Kaledoniya ərazisində artıq 1,7 minə yaxın hüquq-mühafizə orqanı əməkdaşı var.
Onun sözlərinə görə, arxipelaqda vəziyyət son dərəcə gərgin olaraq qalır və talan, iğtişaşlar, yandırma və hücumlarla müşayiət olunur.