İsrail Müdafiə Qüvvələri (IDF) Livandan Qolan təpələrinə doğru 40-a yaxın raket atdığını qeydə alıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Livan ərazisindən Colan təpələri istiqamətində atılan 40-a yaxın raket qeydə alınıb, bir neçə raket İDF hava hücumundan müdafiə sistemi tərəfindən uğurla ələ keçirilib. İDF qüvvələri hücumların həyata keçirildiyi yerlərə zərbə endirib.