Azərbaycanda nikah və boşananların sayı açıqlanıb

13:34 - 16 May 2024 - ÖLKƏ İÇİ

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin birinci rübündə 10081 nikah və 5124 boşanma halları qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,7-dən 4,0-a düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,0) qalıb.

Nikah səviyyəsi Qarabağ (5,0), Şərqi Zəngəzur (4,9), Mil-Muğan (4,7), Qazax-Tovuz və Lənkəran-Astara (4,5), Mərkəzi

Aran (4,4), Gəncə-Daşkəsən (4,2) iqtisadi rayonlarında ölkə göstəricisindən yüksək olub

Xəbər xətti