Slovakiya polisi 71 yaşlı Leviça sakini Yuray Cintulanı baş nazir Robert Fikonun həyatına qəsddə ittiham edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə TA3 telekanalı məlumat yayıb.
Məlumata görə, hökumət başçısını güllələyən şəxsi 25 ildən ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.
Slovakiya hakimiyyətinin nümayəndələri sui-qəsdin siyasi motivlərlə həyata keçirildiyini bildiriblər.