Polis baş naziri güllələyən şəxsin arvadını dindirir

00:35 - 16 May 2024 - DÜNYA

Polis Slovakiyanın baş naziri Robert Fikonun qatilinin həyat yoldaşını dindirir.

Ucnoqta.az xəbər verir ki, bu barədə JOJ telekanalı məlumat yayıb.

Fitsonu Levicedən olan 71 yaşlı yazıçı Juraj Cintula vurub. Sui-qəsd Bratislavadan təxminən 200 km şimal-şərqdə yerləşən Gandlova şəhərində baş verib. Hökumət rəsmiləri onun motivlərinin siyasi olduğunu bildiriblər.

Fitsoya qarşı sui-qəsd Slovakiya tarixində bir siyasətçiyə qarşı ilk sui-qəsd və son 38 ildə Avropada ilk siyasi sui-qəsd cəhdi idi.

28 fevral 1986-cı ildə İsveçin baş naziri Olof Palme Stokholmun əsas küçəsində qətlə yetirilib.

Xəbər xətti