Polis Slovakiyanın baş naziri Robert Fikonun qatilinin həyat yoldaşını dindirir.
Ucnoqta.az xəbər verir ki, bu barədə JOJ telekanalı məlumat yayıb.
Fitsonu Levicedən olan 71 yaşlı yazıçı Juraj Cintula vurub. Sui-qəsd Bratislavadan təxminən 200 km şimal-şərqdə yerləşən Gandlova şəhərində baş verib. Hökumət rəsmiləri onun motivlərinin siyasi olduğunu bildiriblər.
Fitsoya qarşı sui-qəsd Slovakiya tarixində bir siyasətçiyə qarşı ilk sui-qəsd və son 38 ildə Avropada ilk siyasi sui-qəsd cəhdi idi.
28 fevral 1986-cı ildə İsveçin baş naziri Olof Palme Stokholmun əsas küçəsində qətlə yetirilib.