Sabah Cəlilabadın bir sıra yaşayış yerlərində QAZ OLMAYACAQ

19:37 - 15 May 2024 - ÖLKƏ İÇİ

Sabah Cəlilabad rayonun bir neçə yaşayış massivində qaz təchizatı dayandırılacaq.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı Cəlilabad Rayon İcra Hakimiyyətinin rəsmi səhifəsində məlumat paylaşılıb.

Məlumata görə, 16 may 2024-cü il tarixində saat 10:00 radələrindən görüləcək işlər başa çatanadək Maşlıq, Muğan və Söyüdlü yaşayış məntəqələri üzrə 1800 abonentin mavi yanacaqla təchizatında fasilə yaranacaq.

Abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.

Xəbər xətti