Ararat Mirzoyan mayın 16-17-də Strasburqda işgüzar səfərdə olacaq
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan XİN rəhbəri Avropa Şurasının yaradılmasının 75 illiyinə həsr olunmuş Avropa Şurası Nazirlər Komitəsinin 133-cü sessiyasında iştirak edəcək, həmçinin Şuranın rəsmiləri ilə ikitərəfli görüşlər keçirəcək.