Hərbçilər hakimiyyəti ələ keçirdikdən sonra Qabonun keçmiş prezidenti Əli ben Bonqo Ondimba aclıq aksiyasına başlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə RFI radiostansiyası eks-prezidentin vəkillərinə istinadən məlumat yayıb.
Müdafiəçilər qeyd edirlər ki, Əli bin Bonqo Ondimbanın iki oğlunun qoşulduğu aclıq aksiyası “təcrid və işgəncə faktlarına” etiraz olaraq keçirilir.
2023-cü ilin avqustunda baş vermiş çevrilişdən sonra Əli ben Bonqo Ondimba ev dustaqlığına buraxılıb.