NATO Gürcüstanı xarici agentlər haqqında qanunla bağlı qərarını dəyişməyə çağırır
Ucnoqta.az xəbər verir ki, bu barədə alyansın sözçüsü Farah Dahlalla X səhifəsində yazıb. NATO hesab edir ki, Gürcüstanın xarici agentlər haqqında yeni qanunu ölkəni Aİ və Avro-Atlantik inteqrasiyadan ayırır.
"Gürcüstan hakimiyyətinin qondarma xarici agentlər haqqında qanun qəbul etmək qərarı yanlış istiqamətdə atılmış addımdır".
O, Gürcüstanı “kursunu dəyişməyə və dinc etiraz hüququna hörmət etməyə” çağırıb.