İspaniya Mülki Qvardiyası şokolad kimi maskalanmış 4 tona yaxın həşiş müsadirə edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin hüquq-mühafizə orqanları məlumat yayıb.
Məlumata görə, əməliyyat La Puebla del Rio kəndində keçirilib. Narkotikin çoxu kiçik dozalara bölünərək şokolad qablarına qablaşdırılıb.
Heç bir şübhəli şəxs saxlanılmayıb.