Latviya Ukrayna üçün mərmilərə 10 milyon avro ayırıb
Ucnoqta.az xəbər verir ki, ölkənin müdafiə naziri Andris Sprudsun sözlərinə görə, bu vəsait 3 min 155 mm-dən çox mərmi alınmasına sərf olunacaq. Həmçinin iyunda Riqa Kiyevə min pilotsuz uçan aparatı təhvil verəcək.
Spruds xatırladıb ki, bu il və növbəti iki il ərzində Latviya Ukraynaya ÜDM-in 0,25%-i həcmində hərbi dəstək verəcək. Bu il bu, 112 milyon avrodur.