İsrail ordusunun Qəzza zolağının mərkəzində yerləşən Əl-Bureyc qaçqın düşərgəsinə endirdiyi zərbələr nəticəsində azı 43 nəfər həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.
Bundan əvvəl Əl-Cəzirə telekanalı İsrail ordusunun Əl-Bureyc düşərgəsindəki xəstəxanaya endirdiyi zərbə nəticəsində bir nəfərin öldüyünü, İsrail ordusunun bu düşərgədə yaşayış binasını partlatması nəticəsində azı 9 fələstinlinin yaralandığını bildirmişdi.